Tennisçi Rusiyanı Avstraliyaya dəyişdi

İdman

29.03.2025 11:07

1250

Tanınmış tennisçi Dariya Kasatkina beynəlxalq yarışlarda Avstraliyanı təmsil edəcəyini açıqlayıb.   

TodayPress xəbər verir ki, 27 yaşlı rusiyalı idmançı daimi yaşamaq üçün müraciətinin Avstraliya hökuməti tərəfindən müsbət qarşılandığını bildirib.   

“Avstraliya sevdiyim yerdir. Melburnu gəzməyi çox sevirəm. Bundan sonra peşəkar tennis karyeramda yeni vətənim Avstraliyanı təmsil edəcəyimi qürurla elan edirəm. Avstraliya bayrağı altında yarışmağı səbirsizliklə gözləyirəm” deyə tennisçi əlavə edib. 

Qeyd edək ki, Dariya Kasatkinanın “Böyük Dəbilqə” turnirlərində ən yaxşı nəticəsi Fransa Açıq çempionatının (2022) yarımfinalına yüksəlməsidir.   

Namiq HUN

tag: Tennis,Dariya Kasatkina,Rusiya,Avstraliya,Todaypress.az,