Tennisçi anasını tribunadan qovdu

İdman

13.01.2025 18:09

Rusiyalı tennisçi Diana Şnayder Açıq Avstrali çempionatının ilk yarış günündə anasını tribunadan qovub.

TodayPress xəbər verir ki, Şnayder ilk raunddan sonra bu barədə danışıb.

“Qarşılaşma zamanı anamı tribunadan qovdum. Çünki onun üçün çətin idi, çox gərgin görünürdü. Mənə verdiyi dəstəyə görə təşəkkür edirəm, lakin ailə üzvündən birinin kənardan görüşü izləməsi çətindir” o, bildirib.

Qeyd edək ki, italiyalı Elizabett Koççaretto ilə qarşılaşan Diana Şnayder 7:6 (7:4), 6:4 hesabı ilə qalib gəlib.

Namiq HUN

tag: Tennisçi, Rusiya, Şnayder ,Qovmaq ,todaypress.az,