Tennis kompleksinə hücum edildi
Fransanın paytaxtı Parisdə "Rolan Qarros" tennis kompleksinə hücum edilib.
TodayPress xəbər verir ki, hücum edənlər kompleksə daxil olaraq bir neçə ofisin qapısını sındırıblar.
Nəticədə 11 min avro nağd pul və 20 min avro dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Fransa Tennis Federasiyası polisin oğurluq faktını araşdırdığını açıqlayıb.
Qeyd edək ki, “Böyük Dəbilqə” turnirlərindən biri olan açıq Fransa çempionatı hər il "Rolan Qarros"un ərazisində keçirilir.
Namiq HUN