Ten Haq İtaliyadan gələn dəvəti qəbul etmədi

İdman

13.11.2024 02:30

“Mançester Yunayted” futbol klubundan ayrılan baş məşqçi Erik ten Haq “Roma”nın təklifini rədd edib.

TodayPress “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, paytaxt təmsilçisi niderlandlı mütəxəssisdən mövsümün sonunadək klubda işləməsini istəyib. 

Erik ten Haq “canavarlar”da hökm sürən xaos səbəbindən imtina edib.

Qeyd edək ki, “Roma” xorvatiyalı baş məşqçi İvan Yuriçlə yollarını ayırıb.

Namiq HUN

tag: Mançester Yunayted, Erik ten Haq, Roma, İvan Yuriç, todaypress.az,