Ten Haq Almaniya klubunu çalışdıra bilər
İdman
15.01.2025 10:14
Niderlandlı futbol mütəxəssisi Erik Ten Haq “Borussiya Dortmund” klubunun baş məşqçisi postuna namizəddir.
TodayPress “Sky Sports”a istinadən xəbər verir ki, “Borussiya”nın türkiyəli baş məşqçisi Nuri Şahin vəzifəsindən uzaqlaşdırıla bilər.
Qeyd edək ki, Erik Ten Haq 2017-2022-ci illərdə “Ayaks”ın baş məşqçisi olub. O, Amsterdam təmsilçisi ilə Eredivisiyada bir neçə titul qazanıb və komandanı 2019-cu ildə Çempionlar Liqasının yarımfinalına çıxarıb.
Məşqçi 2022-ci ildə “Mançester Yunayted”ə dəvət olunub. Erik Ten Haq “qırmızı şeytanlar”la İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku və İngiltərə Superkubokunu qazanıb. Mütəxəssisin İngiltərə dönəmi qeyri-stabil nəticələrlə müşayət olunduğundan o, sonradan Mançester təmsilçisi ilə yollarını ayırmalı olub.
Namiq HUN
tag: Erik, İngiltərə, Kubok, Məşqçi, todaypress.az,