Tbilisidə ən yaxşı nəticə 5-ci yer oldu

İdman

23.03.2025 15:40

1202

Gürcüstanda keçirilən “Böyük Dəbilqə” turnirində cüdo üzrə Azərbaycan milli komandası çıxışını başa vurub.

TodayPress xəbər verir ki, 8 çəki dərəcəsində yarışan 11 cüdoçumuzdan heç biri medal qazana bilməyib.

Milli üzvlərindən ən yaxşı nəticəni 66 kq çəki dərəcəsində yarışan Rəşad Yelkiyev göstərib. O, Tbilisi turnirində 5-ci yeri tutub.

Qadın cüdoçuların turnirində isə 52 kq çəki dərəcəsində çıxış edən Aydan Vəliyeva 7-ci olub.

Hüseyn Allahyarov (60 kq) isə zədə səbəbindən “Böyük Dəbilqə” turnirini buraxmalı olub.

Namiq HUN

tag: Gürcüstan,Böyük Dəbilqə,Azərbaycan,Milli komanda,Rəşad Yelkiyev,todaypress.az,