Taysonun döyüşü ən çox izlənilən idman hadisəsi oldu
İdman
20.11.2024 17:25
Peşəkar boksun canlı əfsanəsi Mayk Tayson ilə tanınmış yutuber Ceyk Pol arasındakı döyüş yaddaqalan olub.
TodayPress xəbər verir ki, boks gecəsi bu günə qədər ən çox izlənilən idman hadisəsi olub. Döyüşü 108 milyondan çox insan televiziya vasitəsilə izləyib.
Təkcə Amerika Birləşmiş Ştatlarında 38 milyon insan boks gecəsinə maraq göstərib.
Qeyd edək ki, döyüş Ceyk Polun qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Boks,Mayk Tayson,Ceyk Pol,ABŞ,todaypress.az,