Tayson rəqibindən hədiyyə aldı

İdman

13.11.2024 17:07

Mayk Tayson və Cek Pol döyüş ərəfəsində görüşüblər.

TodayPress xəbər verir ki, söhbət zamanı 31 yaşlı bloger 58 yaşlı əfsanəvi boksçuya göyərçin hədiyyə edib və onun bir neçə min dollar dəyərində olduğunu bildirib. 

Tayson quşları sevməsi ilə məşhurdur. Mayk göyərçini şəxsi ev heyvanlarına baxan baxıcıya təhvil verəcəyini deyib: 

“Mən kök və çirkin idim. Uşaqlar məni həmişə ələ salırdılar. Yeganə sevincim göyərçinlər idi. Mən onları doqquz yaşımdan sevirəm. Onlar mənim uşaqlıqda xilaskarım oldular”. 

Qeyd edək ki, Mayk Tayson və Cek Pol arasında döyüş noyabrın 15-dən 16-na keçən gecə Texas ştatının Arlinqton şəhərindəki “A&T Stadium”da baş tutacaq. 

Boksçular rinqdə hər biri 2 dəqiqə olmaqla 8 raund keçirəcəklər. Döyüş rəsmi status alıb və onun nəticəsi hər bir döyüşçünün şəxsi statistikasında nəzərə alınacaq.

Namiq HUN

tag: Mayk Tayson, Boks,Cek Pol,Arlinqton, Texas, todaypress.az,