Tayson parkinson xəstəliyinə tutuldu
Dünya boksunun canlı əfsanəsi Mayk Tayson parkinson xəstəliyinə tutulub.
TodayPress xəbər verir ki, bu barədə tanınmış Yutuber Ceyk Pol məlumat verib.
Bloqer “Dəmir Mayk” ləqəbli boksçunun yaddaş itkisindən əziyyət çəkdiyini, ötən il noyabrın 16-da keçirdikləri döyüşdən öncə dərman qəbul etdiyini və uzun müddətdir müalicə aldığını iddia edib.
Xatırladaq ki, 59 yaşlı Mayk Taysonun kumiri, məşhur mərhum boksçu Məhəmməd Əli də eyni xəstəlikdən əziyyət çəkdiyi üçün karyerasını başa vurmuşdu.
Namiq HUN
tag: Mayk Tayson, Ceyk Poll, Boksçu, Əfsanə, todaypress.az,