Tayson Holifildlə döyüşdən imtina edib

İdman

30.11.2024 16:29

Əfsanəvi boksçu Mayk Tayson keçmiş mütləq dünya çempionu Evander Holifildlə döyüşmək təklifi alıb.

TodayPress xəbər verir ki, 2021-ci ildə Holifildin meneceri Kris Lavrens Taysonu rinqə dəvət edib. 

Mayk 25 milyon dollar qonorar vəd edilən döyüşdən imtina edib.

Xatırladaq ki, Holifild karyerası ərzində iki dəfə Taysonla rinqdə yumruq oynadıb. O, birinci döyüşdə 11-ci raundda texniki nokautla Taysona qalib gəlib. İkinci döyüş isə qalmaqalla nəticələnib. Bu dəfə Mayk rinqdə Evanderin qulağını dişləyib. Tayson diskvalifikasiya edildikdən sonra qələbə Holifildə verilib.

Namiq HUN

tag: Boksçu, Mayk Tayson, Qonorar, Yumruq, todaypress.az,