Tayson Fyuri karyerasını bitirir?

İdman

23.12.2024 10:20

Sorğunu ingiltərəli peşəkar boksçunun promouteri cavablandırıb. 

TodayPress xəbər verir ki, boksçu Tayson Fyurinin promouteri Frenk Uorren Aleksandr Usiklə revanş görüşündən sonra hakimlərin qərarı ilə razılaşmadığını bildirib.

“Necə Taysona məğlubiyyət verilə bilərdi? Bunun necə mümkün olduğunu başa düşmürəm. Və mən çox məyus oldum. Mənə elə gəldi ki, Tayson döyüşə nəzarət edir, çox yaxşı döyüşür. Amma heç nə etmək olmaz.

Fyuri boksla məşğul olmağa davam edəcəkmi? Özündən asılıdır. Hələ bu barədə danışmaq tezdir. Döyüşdən sonra hamımız emosionalıq” Uorren deyib.

Qeyd edək ki, Usikə məğlubiyyət 36 yaşlı Fyuri üçün karyerasında ardıcıl ikinci olub.

Namiq HUN

tag: Fyuri ,Boks ,Döyüş ,Tayson, todaypress.az,