Tayson etiraf etdi

İdman

05.11.2024 18:20

Əfsanəvi boksçu Mayk Tayson təəccüblü etirafı ilə pərəstişkarlarına şok yaşatdı.

TodayPress xəbər verir ki, o, internetdən necə istifadə edəcəyini bilmədiyi üçün döyüşü ilə bağlı şərhləri oxumadığını deyib: 

“İnternetdə heç bir xəbər oxumuram, videolara baxmıram. Mən ondan necə istifadə edəcəyimi bilmirəm. Mənə sadəcə onu necə yandırmağı öyrətdilər, bu qədər. Mesaj yazmaq və ya vebsayta getmək üçün nəyə basacağımı xatırlaya bilmədim. Bunu necə edəcəyimi bilsəydim, istifadə edərdim, amma bilmirəm”.

Qeyd edək ki, Mayk Tayson noyabrın 15-dən 16-na keçən gecə “Texas A&T Stadium”da Ceyk Polla döyüşəcək. 

Namiq HUN

tag: Mayk Tayson, Ceyk Poll, Boksçu, Əfsanə, todaypress.az,