Tayson: “Düşünmürəm ki, bu, mənim son döyüşümdür”

İdman

16.11.2024 12:50

Tanınmış bloqer Ceyk Pola məğlub olan dünya boksunun əfsanəsi Mayk Tayson karyerasını davam etdirmək niyyətindədir.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, “Dəmir Mayk” məğlubiyyətdən sonra karyerasını bitirməyi planlaşdırmadığını açıqlayıb.

“Heç kimə heç nə sübut etməyə çalışmadım. Sadəcə, döyüşü keçirə bildiyimə görə şadam. Pol yaxşı idmançıdır. Bu, karyeranın sonu deməkdir? Düşünmürəm ki, bu, mənim son döyüşümdür”.

Qeyd edək ki, Mayk Tayson ABŞ-nin Arlinqton şəhərindəki AT&T arenada keçirilən 8 raunddan ibarət döyüşdə rəqibinə hakimlərin yekdil qərarı ilə məğlub olub 73:79.

Namiq HUN

tag: Ceyk Pola, Dəmir Mayk, ABŞ, Tayson, Döyüş, todaypress.az,