Tayfur mövsümün çempionu oldu

İdman

23.12.2024 14:50

Azərbaycan boksçusu Tayfur Əliyev “HELL Boxing Kings” turnirində növbəti döyüşünü keçirib.

TodayPress xəbər verir ki, Əliyev çəkisi 60 kiloqramadək olan boksçuların yarışında rinqdə macarıstanlı Kovaç Kruzito ilə qarşılaşıb. 

Avropa Oyunlarının mükafatçısı Mişkolts turnirinin 6 raund davam edən final gecəsinin qalibi olub. 

Tayfur Əliyev bu qələbə ilə mövsümün çempionu olaraq xüsusi kəmərə layiq görülüb.

Namiq HUN

tag: Raund ,Tayfur Əliyev, Çempion, Turnir ,todaypress.az,