TARİXİ UĞUR: Gimnastlarımız Dünya Kubokunun qalibi oldu

İdman

08.06.2024 14:36

Akrobatika gimnastikası üzrə milli üzvləri Dünya Kuboku seriyasında ən yüksək nəticəni əldə edib. 

TodayPress xəbər verir ki, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü Dünya Kuboku seriyasında hər üç əyarlı medalın sahibi olaraq ümumi nəticədə baş mükafata layiq görülüb. Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə Dünya Kuboku seriyasının qalibi adını bu il də qoruya bilib. 

Beynəlxalq Gimnastika Federasiyası öz rəsmi saytında yerləşdirdiyi yazıda idmançılarımızın nəticələrinə münasibət bildirib: “Akrobatika gimnastikası üzrə Dünya çempionatına üç ay qalmış Azərbaycan idmanın zirvəsindədir və bunun sübutu Dünya Kuboku üzrə reytinq cədvəlidir. İlk dəfədir ki, Azərbaycan iki komandanın yekun nəticəsinə əsasən Dünya Kuboku mövsümünün sonunda turnir cədvəlinə başçılıq edir”.

Qeyd edək ki, akrobatika gimnastikası üzrə Dünya çempionatı 12-15 sentyabr tarixlərində Portuqaliyanın Gimaraynş şəhərində keçiriləcək.

Namiq HUN

tag: Dünya, Kubok, Gimnast, Uğur, todaypress.az,