Tarixi rekorda 22 qol qaldı

İdman

06.01.2025 09:47

“Vaşinqton Kapitals” xokkey klubunun kapitanı Aleksandr Oveçkin Milli Xokkey Liqasının (NHL) müntəzəm mövsümündə “Nyu York Reyncers”lə matçda fərqlənib.

TodayPress xəbər verir ki, rusiyalı xokkeyçi Ueyn Qretski ilə arasındakı fərqi 22 qola endirib.

Qeyd edək ki, Aleksandr Oveçkin NHL tarixində ikinci ən çox qol vuran xokkeyçidir. Onun çempionatlardakı qollarının ümumi sayı 872-dir. Qretskidə isə göstərici 894 qoldan ibarətdir. 

Namiq HUN

tag: Qol, NHL, Oveçkin ,Xokkey, todaypress.az,