Tarixi rekord təkrarlandı

İdman

07.12.2024 09:40

“Atalanta” A seriyasının XV turunda “Milan”ı 2:1 hesabı ilə məğlub edib.

TodayPress xəbər verir ki, bu, Berqamo klubunun ardıcıl 9-cu qələbəsi olub.

“Atalanta” bununla da tarixinin rekordunu təkrarlayıb. İtaliya təmsilçisi 2020-ci ilin fevralından iyuluna qədər eyni sayda oyunda xal itirməyib.

Qeyd edək ki, “Atalanta” hazırda A seriyasının lideridir.

tag: Atalanta,A seriyası,Milan,Berqamo,İtaliya ,todaypress.az,