Tanınmış müdafiəçi La Liqa klubundan dəvət aldı

İdman

13.07.2024 09:54

Portuqaliya yığma komandasının futbolçusu Pepe yenidən İspaniya çempionatında oynaya bilər.

TodayPress xəbər verir ki, 41 yaşlı müdafiəçinin xidmətində La Liqanın "Selta" klubu maraqlıdır. Viqo təmsilçisi  Pepe üçün təklif göndərməyə hazırlaşır.

Tanınmış futbolçu hazırda azad agent statusundadır.

Qeyd edək ki, Pepe son olaraq Portuqaliyanın "Portu" klubunda oynayıb. O, daha əvvəl İspaniyanın "Real Madrid" klubunun formasını geyinib.

Namiq HUN

tag: Portuqaliya, Pepe, Real Madrid, Dəvət, Klub, todaypress.az,