Tanınmış məşqçi müqaviləni yenilədi
Niderlandlı futbol mütəxəssisi Dik Advokat Kyurasao yığma komandasının baş məşqçisi vəzifəsində qalacaq.
TodayPress xəbər verir ki, 77 yaşlı çalışdırıcı mili ilə bu ilin iyul ayına qədər müqaviləsini uzadıb.
Tərəflər anlaşarsa, sözləşmə ilin sonuna qədər etibarlı ola bilər. Bu barədə Kyurasao Futbol Federasiyası məlumat yayıb.
Qeyd edək ki, Advokat ötən ildən Kyurasao millisində çalışır. Komanda Dikin rəhbərliyi altında 6 oyunda qələbə qazanıb, 1 qarşılaşmada xal bölgüsünə razılaşıb, 1 dəfə isə meydandan məğlub ayrılıb.
Xatırladaq ki, Dik Advokat karyerası ərzində Niderland, Cənubi Koreya, Rusiya və İraq milli komandalarında baş məşqçi işləyib. O, klub səviyyəsində PSV, “Reyncers”, “Zenit” və “Fənərbağça” kimi tanınmış Avropa komandalarını da çalışdırıb.
Namiq HUN
tag: Dik Advokat,Məşqçi, Klub, Qol ,Heyət, todaypress.az,