Tanınmış idmançı qətlə yetirildi
İdman
04.09.2024 17:10
İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi soyuq və odlu silahla qətlə yetirilib.
TodayPress “radiofarda”ya istinadən xəbər verir ki, İsa Qulməhəmmədi Tehran əyalətinin Rabatkərime rayonunun Şatrxvar kəndindəki bağ evində qətlə yetirilib. Ona 5 bıçaq zərbəsi endirlib və 11 dəfə atəş açılıb.
Bu məlumatı Şərqi Azərbaycan əyalətinin Boks Şurası yayıb.
İsa Qulməhəmmədiyə iki nəfərin hücum etdiyi bildirilib. Onların kimliyi hələ müəyyən olunmayıb. Hazırda araşdırma aparılır, fakt üzrə cinayət işi açılıb.
Məlumata görə, İsa Quməhəmmədi boks üzrə ölkə çempionu olub. Bir müddət İranın boks yığmasının məşqçisi və meneceri işləyib. İran Boks Federasiyasının üzvü olub.
Namiq HUN
tag: İsa Qulməhəmmədi, Boks Şurası, Şərqi Azərbaycan, Cinayət, İran, Qətl, todaypress.az,