Tanınmış futbolçu karyerasını bitirdi
İdman
11.10.2024 18:50
Almaniya millisinin sabiq futbolçusu Lukaş Podolski karyerasını bitirib.
TodayPress xəbər verir ki, dünya çempionu üçün təşkil olunan vida matçını tirubunalardan 50 min azarkeş seyr edib.
39 yaşlı futbolçu son klubu "Qurnik”lə (Polşa) peşəkar karyerasına başladığı "Köln" arasında keçirilən vida matçından sonra göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Lukaş Podolski karyerası ərzində Almaniyanın “Köln”, “Bavariya”, İngiltərənin “Arsenal”, İtaliyanın “İnter”, Türkiyənin “Qalatasaray” və "Antalyaspor" klublarında çıxış edib.
Forvard Almaniya millisində 130 oyunda 49 qol vurub.
Namiq HUN
tag: Almaniya,Çempion,Polşa, Lukaş Podolski ,Todaypress.az,