Tanınmış futbolçu karyerasını bitirdi
İdman
13.09.2024 13:57
Futbol üzrə Azərbaycan yığma komandasının sabiq üzvü Vurğun Hüseynov karyerasını başa vurub.
TodayPress xəbər verir ki, 36 yaşlı müdafiəçi karyerasını məşqçi kimi davam etdirməyi düşünür.
Vurğun Hüseynovun son klubu "Kəpəz" olub.
Qeyd edək ki, Azərbaycan millisində keçirdiyi 15 oyunda 1 qol vuran Hüseynov "Turan Tovuz", "Qəbələ" və "Sumqayıt" klublarında da çıxış edib.
Namiq HUN
tag: Azərbaycan ,Futbol ,Vurğun Hüseynov, Kəpəz ,Turan Tovuz ,Qəbələ ,Sumqayıt ,todaypress.az,