Tanınmış futbol həkimi vəfat etdi
Azərbaycan futbolunda çalışan tanınmış həkim Sədrəddin Məmmədov dünyasını dəyişib.
TodayPress xəbər verir ki, ötən ilin sonlarında onun səhhətində ciddi problem yaranıb.
Qanında infeksiya tapılan həkim uzun müddət müalicə olunsa da, dünən vəfat edib.
Qeyd edək ki, Sədrəddin Məmmədov “Qarabağ”, “Neftçi”, “Kəpəz”, “Turan”, “Səbail” və Azərbaycanın aşağı yaş yığmalarında faəliyyət göstərib.
Namiq HUN
tag: Sədrəddin Məmmədov ,Həkim ,Azərbaycan,Qarabağ,Səbail,Todaypress.az,