Taner Fikrət Saral: “Eyni hakimlərin təyinatı planlaşdırılmış əməliyyatdır"
“Trabzonspor” klubu Superliqanın aprelin 6-da baş tutacaq XXX turunda “Fənərbağça” ilə oyuna Mehmet Türkmənin baş hakim təyin olunmasından narazıdır.
TodayPress xəbər verir ki, klubun vitse-prezidenti Taner Fikrət Saral açıqlamasında indiyədək çempionatda 30 xalın əllərindən alındığını bildirib:
O, Mehmet Türkmənin 6-cı dəfə “Trabzonspor”un görüşünü idarə edəcəyini xatırladıb:
"Dördünü Cihan Aydın, eyni sayda Zorbay Küçük, 3 dəfə Əli Şansalan, 2 dəfə Kadir Sağlam iş başında olub. Həftəsonu baş tutacaq qarşılaşma üçün əcnəbi hakim tələb edirdik, amma müraciətimiz cavabsız qalıb.
Mehmet Türkmən “Fənərbağça” azarkeşidir. “Trabzonspor” Türkiyənin futbol vicdanıdır. Haqsızlığa və ədalətsizliyə baş əyməyəcəyik”.
Namiq HUN
tag: Türkiyə,Hakim,Fənərbağça,Trabzonspor,Todaypress.az,