Taleh yenidən onları bir araya gətirdi
İdman
21.11.2024 14:10
“Cenoa” klubunun yeni baş məşqçisi Patrik Vieyra daha əvvəl Mario Balotelli ilə eyni klubda çalışıb.
TodayPress xəbər verir ki, fransalı mütəxəssis Balotelli “Nitsa” klubunda çıxış edəndə orada çalışıb.
Mövsümün sonunda Mario məhz Vieyranin istəyi ilə klubu tərk etmək məcburiyyətində qalıb.
“Onun xarakteri komanda idman növlərinə uyğun deyil. Özünü çox sevir və eqoist oynayır. Onunla “Nitsa”da işləmək mənim üçün çətin idi”. Vieyra deyib.
Balotelli etiraf edib ki, Patrik Vieyra olmasaydı, “Nitsa”da qalardı.
O vaxtdan 5 il keçib. Patrik Vieyra bu dəfə Mario Balotellinin çıxış etdiyi “Cenoa” klubunun baş məşqçisidir.
Namiq HUN
tag: Mario, Patrik Vieyra,Cenoa,Nitsa, todaypress.az,