Taekvondoçumuz Türkiyədəki beynəlxalq turnirdə medal qazandı
Azərbaycan taekvondoçusu Minayə Əkbərova
(46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq
turnirində bürünc medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından TodayPress-ə
verilən məlumata görə, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.
O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri
kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın
gümüş medalına sahib çıxmışdı.
tag: Azərbaycan, Teakvondo, Minayə Əkbərova, Antalya, Bürünc, Medal, todaypress.az,