Taekvondoçumuz Tiranada gümüş medal qazandı
İdman
17.06.2024 14:10
Albaniyada taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.
TodayPress xəbər verir ki, Tirana turnirində Azərbaycanı təmsil edən “Alpman” klubunun taekvondoçusu Səlimə Quliyeva (46 kq) fəxri kürsüyə yüksəlib.
Milli komandanın da şərəfini qoruyan taekvondoçu finala qədər Maria Maqdalini Mitiliniounu (Yunanıstan), Eşli Laytfuta (Böyük Britaniya) və Lilli Ettelbryukanı (Almaniya) məğlub edib.
Səlimə Quliyeva həlledici döyüşdə türkiyəli Nazlı Kesginlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə türkiyəli taekvondoçu qalib gəlib. Səlimə isə Avropa çempionatının gümüş medalına sahib çıxıb.
Namiq HUN
tag: Taekvandoçu,Azərbaycan, Avropa, Səlimə Quliyeva, todaypress.az,