Taekvondoçumuz bürünc medal qazandı
İdman
08.11.2024 10:18
Albaniyada taekvondo üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilir.
TodayPress xəbər verir ki, Tirana turnirinin ilk günü yığmamız üçün uğurlu olub.
61 kq çəki dərəcəsində yarışan Fərid Əlizadə qitə birinciliyinin bürünc medalına sahib çıxıb.
Taekvondoçumuz dayanq üzərində İtaliya, Kipr və Ukraynadan olan rəqiblərinə qalib gəlib. Əlizadə yalnız yarımfinalda türkiyəli Yigit Maxalkiyə uduzub.
Namiq HUN
tag: Albaniya, Avropa, Tirana, Fərid Əlizadə, Kipr, İtaliya, todaypress.az,