Taekvondoçuların Albaniya uğuru
İdman
28.09.2024 16:11
Azərbaycan taekvondoçuları Albaniyada 14 medal qazanıblar
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bu nəticə yeniyetmə taekvondoçuların Tiranada keçirilən “Albaniya Open” turnirində qeydə alınıb.
Millimiz yarışda 5 qızıl medal qazanıb.
Taekvondoçular yalnız 2 final döyüşündə büdrəyərək turnirin gümüş medalına layiq görülüblər. 7 döyüşdə isə bürünc mükafata sahib çıxıblar.
Namiq HUN
tag: Azərbaycan ,Taekvondoçu ,Albaniya ,Azərbaycan,Turnir ,Döyüş, todaypress.az,