Taekvondoçularımızdan “Fujairah Open”də daha 2 medal
Azərbaycan taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open” turnirində daha 2 medal qazanıblar.
TodayPress xəbər verir ki, kiçik yeniyetmələr arasında keçirilən yarışda təmsilçilərimiz 1 gümüş və 1 bürünc medala sahib çıxıblar.
“Mübariz” taekvondo klubunun təmsilçisi Malikəjdər Qalabəyov (36 kq) yalnız final görüşündə uduzaraq turnirin gümüş medalına layiq görülüb.
“Asiman” taekvondo klubunun yetirməsi Fateh Sultanlının (40 kq) isə bürünc medala layiq görülüb.
Namiq HUN
tag: Azərbaycan ,Taekvondo,BƏƏ,Fujairah Open,Mübariz,Asiman,todaypress.az,