Taekvondoçularımız Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
İdman
15.09.2024 03:45
Azərbaycanın
gənc taekvondoçuları Latviyada keçirilən G-1 kateqoriyalı Riqa açıq
birinciliyində 13 medal qazanıblar.
TodayPress
xəbər verir ki, yığmanın heyətində bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli
(48 kiloqram), Məhəmməd Həsənli (51 kiloqram), Fuad Məhərrəmli
(55 kiloqram) və Elcan Əliyev (78
kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yalnız
finalda məğlub olan Nərgiz Kazımova (63 kiloqram) və Yunis Hüseynov (68
kiloqram) ikinci yeri tutublar.
Digər
taekvondoçulardan Nilufər Borci (49 kiloqram), Sehri Cəlalova (55 kiloqram),
Fatimə Həsənova (59 kiloqram), Harun Salmanzadə (51
kiloqram), Ziya Həsənli (59 kiloqram), Hüseyn Xudiyev (73
kiloqram) və Allahverdi Məmmədov (+78 kiloqram) isə bürünc
mükafata layiq görülüblər.
Qeyd
edək ki, milli komanda Bakıya sentyabrın 16-da qayıdacaq.
tag: Taekvondoçu, Latviya,Azərbaycan,İdman, Medal,todaypress.az,