Taekvondoçularımız "Asiya uşaqları" Oyunlarında 4 medal qazandılar

İdman

27.06.2024 15:23

Azərbaycan taekvondoçuları Rusiyada keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 4 medal qazanıblar.

TodayPress xəbər verir ki, Vasif Səlimov (63 kq) Yakutsk turnirinin finalında Özbəkistan taekvondoçusu Cahangir Sırikbayevə qalib gələrək qızıl medala sahib çıxıb.

İlyas Hətəmlinin (48 kq) də həlledici döyüşdə rəqibi Özbəkistan taekvondoçusu olub. İlyas Behruz Salimova uduzaraq gümüş medalla kifayətlənib.

Ziya Həsənli (55 kq) isə finala gedən yolda belaruslu Stepan Hoidzaya məğlub olaraq bürünc medal uğrunda qarşılaşmada Nurislam Yunusovdan güclü olub.

Taekvondoçu qızların turnirndə isə Fatimə Həsənova (63 kq) özbəkistanlı Zilola Mamirova ilə mübarizədən qalib ayrılaraq yarışı 3-cü yerdə bitirib.

tag: Azərbaycan, Rusiya, Asiya Uşaqları, İdman Oyunları, todaypress.az,