Taekvondoçulardan “Bosnia Open”də 2 medal

İdman

25.11.2024 13:15

Taekvondo üzrə Azərbaycan millisi Bosniya və Herseqovinada təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.

TodayPress xəbər verir ki, Vasif Səlimov (68 kq) bütün rəqiblərinə qalib gələrək Sarayevo turnirinin qızıl medalına sahib olub.

Elcan Əliyevin (78) isə “Bosnia Open” turnirindən qazancı bürünc medal olub.

Namiq HUN

tag: Taekvondo, Azərbaycan, Milli, Bürünc Medal, Turnir, todaypress.az,