Taekvondoçular “Turkish Open”də fərqləndilər
Azərbaycan taekvondoçuları Antalyada keçirilən “Turkish Open”də daha 3 medal qazanıblar.
TodayPress xəbər verir ki, milli üzvülərinin G-2 kateqoriyalı yarışdan qazancı üç bürünc medal olub.
Xanoğlan Kərimov (68 kq), Cavad Ağayev (80 kq) və Həmidreza Bədrialiabadi (+87 kq) öz çəki dərəcələrində fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Qeyd edək ki, taekvondoçularımızdan daha öncə Minayə Əkbərova (46 kq) da “Turkish Open”də üçüncü olub.
Namiq HUN
tag: İdman,Taekvando,Turkish Open,Yarış,todaypress.az,