Taekvondoçular Gimnaziadaya 2 medalla start verdilər
İdman
29.10.2024 11:21
Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında taekvondo yarışlarına start verilib.
TodayPress xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki idmançısı fəxri kürsüyə qalxıb.
Oğlanların mübarizəsində Elcan Əliyev (78 kq) finalda iranlı rəqibinə məğlub olaraq Manama turnirinin gümüş medalını qazanıb.
Qızlar arasında isə Seyidxanım Məmmədova (52 kq) Gimnaziadanın bürünc medalına sahib çıxıb.
Namiq HUN
tag: Bəhreyn, Gimnazia, Taekvando, Azərbaycan, Elcan Əliyev, todaypress.az,