Taekvondoçular “Bosnia Open”də daha iki medal qazandılar
Azəbaycanın taekvondo üzrə yığma komandası Bosniya və Herseqovinada keçirilən beynəlxalq turnirində uğurlu çıxışını davam etdirir.
TodayPress xəbər verir ki, növbəti yarış günü iki idmançımız “Bosnia Open”də fəxri kürsüdə yer alıb.
Böyüklərin yarışında Səlimə Quliyeva (46 kq) gümüş, Zemfira Həsənzadə (49 kq) isə Sarayevo turnirinin bürünc medalını qazanıb.
Qeyd edək ki, yarışın ilk günündə təmsilçilərimiz gənclər arasında 1 qızıl və 1 bürünc medala sahib çıxıb.
Namiq HUN
tag: Azərbaycan, Taekvondo, Bosniya və Herseqovina, Səlimə Quliyeva, Medal, todaypress.az,