Taekvondo millisindən növbəti bürünc medal
İdman
09.11.2024 11:00
Albaniyada taekvondo üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilir.
TodayPress xəbər verir ki, Tirana turnirində millimiz növbəti medalını qazanıb.
Bu dəfə Gülay Əliyeva fəxri kürsüdə yer alıb. 44 kq çəki dərəcəsində yarışan taekvondoçumuz təsnifat mərhələlərində Türkiyə, Monteneqro və Yunanıstandan olan rəqiblərini məğlub edib.
Gülay yarımfinalda polşalı Qabriela Vrzeşa uduzaraq, qitə birinciliyinin bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Fərid Əlizadə (61 kq ) turnirin bürünc medalını qazanıb.
Namiq HUN
tag: taekvondo, Albaniya, Avropa birinciliyi, idman, bürünc medal, todaypress.az,