Taekvondo millisi medal sayını 2-yə çatdırdı
Yeniyetmə taekvondoçulardan ibarət yığma komandamız Cənubi Koreyada keçirilən dünya çempionatında növbəti medalını qazanıb.
TodayPress xəbər verir ki, Hüseyn Xudiyev (73 kq) Çunçon turnirində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, bu komandamızın mundialda qazandığı ikinci mükafatdır.
Buna qədər Vasif Səlimov (63 kq) millimizə dünya çempionatının bürünc medalını qazandırıb.
Namiq HUN
tag: Taekvondoçu ,Cənubi Koreya ,Hüseyn Xudiyev ,Çunçon ,Mundial ,Vasif Səlimov ,todaypress.az,