Taekvondo millisi daha 10 medal qazandı
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında taekvondoçuların mübarizəsinə yekun vurulub.
TodayPress xəbər verir ki, Azərbaycan taekvondoçuları ikinci yarış günündə daha 9 qızıl və 1 gümüş medal qazanıblar.
Milli üzvlərindən Fidan Muxtarzadə (29 kq), Tapdıq Quluzadə (33 kq), Musa Süleymanlı (37 kq), İnci Oruczadə (37 kq), Ədiş Cəlilov (49 kq), Elmir Səlimov (53 kq), Eda Eren (55 kq), Rəsul Cavadzadə (61 kq), Fuad Həsənov (+65 kq) multi-idman yarışının qızıl medalını qazanıblar.
Yalnız Elmira Bayrak (41 kq) həlledici döyüşdə məğlub olaraq gümüş medala layiq görülüb.
Nəticədə taekvondoçularımız Gimnaziada İdman Oyunlarında döyüş üzrə ümumilikdə 10 qızıl, 3 gümüş və 3 bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, millimizin aktivindəki medal sayı 50-yə yüksəlib.
Namiq HUN
tag: Azərbaycan,Taekvando,Milli,Medal,Todaypress.az,



