Taekvondo komandasının Lommel uğuru

İdman

17.03.2025 14:35

1758

Taekvondo üzrə yığma komandamız Belçikada keçiriulən “Belgian open” turnirində uğurla çıxış edib.     

TodayPress xəbər verir ki, böyüklərdən ibarət milli komandamızın beynəlxalq turnirdən qazancı 1 qızıl, 1 gümüş və 4 bürünc medal olub.   

Lommel turnirinin baş mükafatı Bəhruz Quluzadənin (54 kq) aktivindədir.

Yalnız final döyüşündə məğlub olan Qaşim Maqomedov (63 kq) gümüş medalla kifayətlənib. Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq) və Səmərrux Osmanova (49 kq) isə turnirin bürünc medallarına layiq görülüblər.   

Namiq HUN

tag: Taekvando,Azərbaycan,Lommel,Bəhruz Quluzadə,Todaypress.az,