Tadiç sabiq komandasından təklif aldı

İdman

26.11.2024 14:12

1208

“Fənərbağça”nın ulduz futbolçusu keçmiş klubu “Ayaks”a qayıda bilər.

TodayPress “Aspor”a istinadən xəbər verir ki, Niderland təmsilçisi 36 yaşlı serbiyalı hücumçuya 1+1 illik müqavilə təklif edib.

Türkiyə mediasında yayılan xəbərlərə görə, Tadiç Amsterdam klubunun təklifini qəbul etmək niyyətindədir.

Qeyd edək ki, Duşan Tadiç “Fənərbağça” forması ilə 76 oyunda meydana çıxıb. O, bu görüşlərdə 24 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Fənərbağça, Ayaks, Niderland, Tadiç,Türkiyə, todaypress.az,