Tadey "Tur de Frans"in tarixinə düşdü

İdman

22.07.2024 09:21

Sloveniyalı velosipedçi "Tur de Frans" veloçoxgünlüyünün qalibi olub.

TodayPress xəbər verir ki, Tadey Poqaçar 21 mərhələdən ibarət yarışda qələbə qazanıb.

25 yaşlı velosepidçi 3-cü dəfə "Tur de Frans"da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Poqaçar 21 mərhələdən 6-da finiş xəttini 1-ci keçib.

Tadey yarışın 111 illik tarixində 3 qələbə qazanan 9-cu və ən gənc velosipedçidir. O, daha əvvəl 2019-cu və 2020-ci illərdə veloçoxgünlüyün qalibi olub. 

Namiq HUN

tag: Sloveniya, Tadey, Qələbə, Velosiped, Qalib, todaypress.az,