Suriyanın mərkəzi stadionu yandı - FOTO

İdman

19.12.2024 13:00

Suriyanın Hələb şəhərində yerləşən ölkənin ən böyük stadionunda yanğın baş verib.

TodayPress xəbər verir ki, naməlum şəxslər tərəfindən törədildiyi bildirilən yanğının səbəbləri rəsmi açıqlanmayıb.

Böyük zərər görən Hələb "Beynəlxalq Stadion"unda yanğının qarşısını almaq mümkün olub.

Qeyd edək ki, 2007-ci ildə istifadəyə verilən arena 53200 tamaşaçı tutumuna malikdir. 

Namiq HUN

tag: Suriya, Stadion, Yanğın, Hələb, todaypress.az,

photo