Sürət həddini aşan “qırmızı şeytan” cərimələndi

İdman

19.07.2024 13:20

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford yol hərəkəti qaydalarını pozduğuna görə sürücülük hüququndan məhrum edilib.

TodayPress, "Manchester Evening News"a istinadən xəbər verir ki, hücumçu magistral yolda sürət həddini aşıb.

Məhkəmə M.Reşfordu 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edib. 26 yaşlı futbolçu həmçinin 2000 avro cərimələnib.

Namiq HUN

tag: Sürət, Manchester, Hücumçu, Məhkəmə, Futbolçu, Markus Reşford, todaypress.az,