Superliqa: “Fənərbağça” səfərdən qələbə ilə qayıdır

İdman

13.01.2025 23:35

Türkiyə Superliqasının XIX turunda növbəti oyun keçirilib.


TodayPress xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” səfərdə “Konyaspor”la qarşılaşıb.


Görüş İstanbul nəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


“Fənərbağça”nın heyətində qolları Mərt Müldür, Çağlar Söyuncü və Duşan Tadiç vurublar. Meydan sahiblərində isə Pedrinyo ilə Blaz Kramer fərqləniblər.


Bu nəticədən sonra xallarını 42-yə çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. “Konyaspor” isə 20 xalla 15-ci yerdədir.

 

tag: Türkiyə, Liqa, Fənərbağça, Mərt Müldür, İstanbul, todaypress.az,