Superliqa: “Beşiktaş” “Fənərbağça”nı məğlub etdi
İdman
07.12.2024 22:45
Türkiyə Superliqasında XV turun mərkəzi oyunu keçirilib.
TodayPress xəbər verir ki, prinsipial görüşdə “Beşiktaş” və “Fənərbağça” komandaları üz-üzə gəlib. “Beşiktaş Park” stadionunda reallaşan İstanbul derbisi meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 73-cü dəqiqədə Çiro İmmobile vurub.
Bu nəticədən sonra xallarını 25-ə çatdıran “Beşiktaş” 4-cü pilləyə yüksəlib.
“Fənərbağça” isə 32
xalla 2-ci yerdə qalıb.
tag: Türkiyə, Superliqa, Beşiktaş, Fənərbağça, İstanbul, todaypress.az,