Superkubokda əlavə vaxt ləğv olundu

İdman

11.10.2024 10:16

2763

İspaniya Futbol Federasiyası ölkə Superkuboku turnirinin final matçının qaydalarında dəyişiklik edib.

TodayPress xəbər verir ki, İspaniya Superkuboku uğrunda həlledici matçda əlavə vaxt ləğv olunub.

Bunda sonra final matçı heç-heçə bitərsə, qalibi birbaşa penalti zərbələri müəyyən edəcək.

İspaniya Superkuboku 2019/2020 mövsümündən 4 komandanın iştirakı ilə keçirilib. Turnirin son qalibi "Real Madrid" klubu olub.

Namiq HUN

tag: İspaniya ,Futbol Federasiyası,Superkubok,Real Madrid,Turnir,todaypress.az,