Superkompüter yalnız “Liverpul”a şans tanıdı

İdman

03.12.2024 16:04

“Opta” superkompüteri İngiltərə Premyer Liqasında 13 turdan sonra yeni hesablama aparıb.

TodayPress xəbər verir ki, superkompüter mövsümün qalan hissəsi ilə bağlı 10.000 simulyasiya həyata keçirib. 

“Liverpul”un “Mançester Siti” üzərində qələbəsindən sonra “qırmızılar”ın çempionluq şansı 80,4%-dən 85,1%-ə yüksəlib.

“Arsenal”ın şansı 9,8%, “Mançester Siti”nin şansı 4,4% qiymətləndirilir.

Qeyd edək ki, Premyer Liqada 13 turdan sonra 34 xala malik olan mersisaydlılar “Arsenal” və “Çelsi”dən 9, “Siti”dən isə 11 xal öndədirlər.

Namiq HUN

tag: Mançester Siti, Liqa, İngiltərə, Liverpul, Arsenal, todaypress.az,