Superkompüter İngiltərə Premyer Liqasının çempionunu təxmin etdi
İdman
24.12.2024 09:49
“Liverpul” klubu futbol üzrə İngiltərə Premyer Liqasının cari mövsümünün qalibi olacaq.
TodayPress xəbər verir ki, bu, Britaniyanın “Opta” analitika şirkətinin superkompüterinin hesablamaları nəticəsində məlum olub.
“Liverpul”un İngiltərə çempionu olmaq ehtimalı 86 %-dir. Premyer Liqanın XVII turunda səfərdə “Tottenhem” üzərində qələbə Arne Slotun yetirmələrinin çempionluq şansını 4 % artırıb.
Superkompüter çempionluğa ikinci favorit kimi “Arsenal”ı görür. Bundan başqa, Londonun digər təmsilçisi “Çelsi”nin də, çempion olma ehtimalı var.
Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”nin çempionluq titulunu qorumaq ehtimalı isə artıq möcüzə olacaq. XVII turda da məğlub olan “şəhərlilər” uğursuzluq seriyasını davam etdirirlər.
Namiq HUN
tag: Mançester, Siti ,Qvardiola ,Premyer, todaypress.az,