Superkompüter Argentinanı favorit seçdi
İdman
08.07.2024 10:59
"Opta" superkompüteri Amerika Kubokunun əsas favoritini müəyyən edib.
TodayPress xəbər verir ki, turnirin qalibi olmağa əsas namizəd Argentina millisidir (52%). Uruqvay komandasının çempionluq şansı 27%, Kolumbiyanın qalib gəlmə ehtimalı isə 17% qiymətləndirilir. Ən aşağı göstərici Kanada millisinin hesabındadır - 4%.
Qeyd edək ki, Amerika Kubokunun finalına aparan yolda Argentina millisi Kanada komandası ilə, Uruqvay isə Kolumbiya yığması ilə qarşılaşacaq.
Yarımfinal mərhələsinin oyunları iyul ayının 10-da və 11-də keçiriləcək.
Namiq HUN
tag: Superkompüter, Argentina, Amerika Kubok,Kanada, Kolumbiya, todaypress.az,